İspaniya “Barselona”sı Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Kriştianu Ronaldunu heyətinə qatmaqdan imtina edib.
Sfera.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı hücumçunun xidmətində maraqlı deyil. İddiaya görə, La Liqa klubu Robert Levandovskinin keçidindən sonra başqa forvard almaq istəmir.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu fakt Ronaldunun İngiltərə klubunda qalmaq istəyinə təsir edir.
Qeyd edək ki, Kriştianu Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. 37 yaşlı hücumçu 2021/2022 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.
Follow @7timesaz