“Barselona” bu gün ulduz futbolçusunun komandanı tərk etdiyini elan edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, bu, Kataloniya təmsilçisi ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyən Serxio Busketsdir. Mənbə sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq Busketsin karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə qərarlıdır.
Daha öncə Busketsin sabiq komanda yoldaşı Lionel Messi ilə birlikdə “Əl-Hilal”a qoşulacağı barədə məlumatlar yayılmışdı.
Follow @7timesaz