“Barselona”nın sabiq futbolçusu Aleks Sonq son açıqlaması ilə diqqət çəkib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinə pula görə keçdiyini deyib: “Mənə müqavilə təklif etdiklərində nə qədər qazanacağımı görəndə iki dəfə düşünmədim. Karyeramı başa vuranda həyat yoldaşımın və uşaqlarımın rahat yaşamasının lazım olduğunu hiss etdim. Milyoner olmaq üçün “Barselona”ya keçdim”.
Kataloniya təmsilçisi ilə 2 kubok qazanna 34 yaşlı oyunçu daha sonra bildirib: “Tyerri Anrinin “Arsenal”dakı önəminin fərqində idim. Nəyin bahasına olursa olsun, onun avtomobilindən alacaqdım. Ancaq avtomobili geri qaytarmalı oldum, çünki pulum benzinə gedirdi”.
Qeyd edək ki, A.Sonq 2012-ci ildə “Arsenal”dan “Barselona”ya transfer olunub. Ancaq onun Kataloniya təmsilçisindəki oyunu bəyənilməyib. O, hazırda “AS Arta/Solar7″da çıxış edir.
Follow @7timesaz