Böyük Britaniyanın hökumət başçısı Boris Conson baş nazir postunu itirmək riski ilə üzləşib. Bu gün yerli vaxtla 18:00-20:00 (Bakı vaxtı ilə 21:00-23:00 – red.) parlamentdə etimad səsverməsi ilə bağlı məsələ səsverməyə çıxarılır.
Səbəb isə COVID-19-la bağlı qapanmaya baxmayaraq Consunun əyləncə gecələrində iştirakıdır.
Qeyd edək ki, 2020-21-ci illərdə Londonun sərt lokdaunda olduğu bir dövrdə Dauninq Strit bir neçə əyləncə gecəsinə ev sahibliyi edib. May ayında Böyük Britaniya hökumətinin yüksək rütbəli məmuru Syu Qrey bu partilər haqqında hesabat dərc edib. Sənəddə bu tədbirlərdə koronavirusa qarşı məhdudiyyətlərin dəfələrlə pozulması barədə məlumatlar var. Consonun sözügedən tədbirlərdə iştirakı siyasətçilər və ictimaiyyət arasında narazılıqla qarşılanıb, həmçinin istefaya çağırışlar səsləndirilib. Conson özü vəzifəsini tərk etmək fikrində olmadığını bildirib.
Follow @7timesaz