Kanadanın baş naziri Castin Trüdonun son görüntüləri qalmaqala səbəb olub.
7Times.az bildirir ki, baş nazirin İngiltərə kraliçası II Elizabetin dəfnindən iki gün əvvəl şam yeməyindən sonrakı kadrları ortaya çıxıb. Belə ki, o, Londonun mərkəzində, otaqların qiyməti ən azı 5000 dollar olan dəbdəbəli “Corinthia” otelinin foyesində pianoda məşhur rok qrupu “Queen”in mahnısını ifa edib.
Videoda rəsmi Kanada nümayəndə heyətinin digər üzvləri ilə birlikdə görüntülənən baş nazir sərt tənqidlərlə üzləşib. Trüdonun mahnı oxuyarkən London səfərinin ciddiliyindən və əhəmiyyətindən xəbərsiz göründüyü vurğulanıb və Kanada liderinin “sərxoş” olduğu iddia edilib. Qısa müddətdə internetdə yayılan görüntülər “utancverici görüntü” kimi qiymətləndirilib.
Baş nazirin bu görüntüləri bütün dünyada qəzəb doğurub. Bir çoxları Trüdonu kraliçanın Vestminsterdə dəfn mərasiminə 48 saatdan az vaxt qalmış içki içdiyinə və mahnı oxuduğuna görə tənqid edib. Lakin baş nazirin şənbə gecəsi pianoda oxumadan əvvəl içki içdiyinə dair hər hansı fakt olmayıb.
Qeyd edək ki, Trüdonun adı əvvəllər də qalmaqallarda hallanıb. Kanadanın baş naziri bundan əvvəl də eyni şəkildə medianın hədəfinə çevrilib.Sfera.az