Ölkə

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi o oldu

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi o oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.

7Times.az  xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov vəzifədən azad edilib. O, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bu vəzifəni 2016-cı ildən bu ilin fevralınadək polis general-mayoru Nüsrət Şirinov tuturdu. O, sabiq daxili işlər naziri Ramil Usubovun qaynıdır.