Dünya

Putindən sonra Zelenski də Kurskdan danışdı: “Ruslar qoşunlarımızı görüb qaçdılar”

Putindən sonra Zelenski də Kurskdan danışdı: “Ruslar qoşunlarımızı görüb qaçdılar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn şəhərində keçirilən görüşdə Rusiyanın Kursk vilayətindəki əməliyyatdan danışıb.

 

7Times.az -ın məlumatına görə, o bildirib ki, Kursk vilayətinin 1,3 min kvadrat kilometrdən çox ərazisi hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

 

Zelenskinin sözlərinə görə, nəzarət edilən ərazilərə 100 icma daxildir.

 

“Rus qoşinları bu ərazlərin əhəmiyyətli hissəsini tərk edib. Onlar bizim qoşunların yaxınlaşdığını görüb sadəcə qaçdılar. Döyüş zamanı ərazinin əhəmiyyətli hissəsi qoşunlarımız tərəfindən nəzarətə götürülüb”, – deyə Ukrayna Prezidenti qeyd edib.

 

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hücumunun dəf edildiyini və regionda vəziyyətin sabitləşdiyini bildirib.

 

Zelenski Ramşteyn bazasında Rusiyanın Kursk bölgəsindən Sumı vilayətinə hücuma hazırlaşdığını bildirib.

 

“Bu gün Rusiyanın Kursk vilayətində əməliyyatımızın başlamasından düz bir ay keçir. Bura Putinin müharibəni Ukrayna ərazisinə yaymağa hazırlaşdığı sərhəd bölgəsidir. O, bizim Sumi şəhərinə qarşı yeni hücuma keçməyə hazırlaşırdı. Biz oyunu tərsinə çevirmişik və əks-hücumumuz sayəsində müharibəni Rusiya ərazisinə sövq edirik”, – deyə o qeyd edib.

Modern.az