Hadisə

Baş Prokurorluqdan Bakıdakı intihar hadisəsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Bakıdakı intihar hadisəsi ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə 7times.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.