Baş Prokurorluqdan TƏBİB-in xəstəxanlarında aşkarlanan nöqsanlarla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan TƏBİB-in xəstəxanlarında aşkarlanan nöqsanlarla bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 7times.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib.

“Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – Mətbuat xidmətindən bildirilib.