Dünya

Baş Qərargah: Rusiya ordusunun itkiləri artır

Baş Qərargah: Rusiya ordusunun itkiləri artırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb.

7Times.az  xəbər verir ki, Ukrayna tərəfinin rəsmi məlumatında son sutka ərzində Rusiyanın ağır itkilər verdiyi, 80-dən çox hərbçinin yaralandığı qeyd olunub.

Bildirilib ki, Zaparojye vilayətinin Poloqi və Çerniqovka yaşayış məntəqələrində Rusiyanın xeyli sayda hərbi texnikası Ukrayna Silahlı qüvvələri tərəfindən sıradan çıxarılıb.

“Rusiyanın itkiləri artmaqdadır”, – deyə Ukrayna Baş Qərargahının məlumatında qeyd olunub.

Xatırladaq ki, bu ilin 24 fevral tarixində Rusiya ordusu Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Rusiya Xerson və Zaparojye vilayətlərini, həmçinin Donetsk və Luqanskı ilhaq edib.