Donald Tramp ABŞ-nin prezident seçkilərində qalib gələrsə, bir sıra dövlətlərin ABŞ dollarından imtina etməsinə imkan verməyəcək.
“Report” xəbər verir ki, bu barədə Tramp CNBC telekanalının efirində bildirib.
Siyasətçinin fikrincə, Vaşinqton bu standartı itirsə, bu, inqilabi müharibəni itirmək kimi olacaq və ABŞ-yə zərbə olacaq: “ABŞ buna imkan verə bilməz”.
Tramp bildirib ki, indi bir çox ölkə dollardan uzaqlaşmaq üçün mübarizə aparır.
Follow @7timesaz