İdman

“Bavariya” klubunda xaos: Yumruq davasına çıxdılar!

“Bavariya” klubunda xaos: Yumruq davasına çıxdılar!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” “Bavariya”ya 3:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az “BILD” nəşrinə istinadən xəbər verir ki, oyundan sonra Münhen təmsilçisinin futbolçuları arasında dava düşüb. Leroy Sane və Sadio Mane qısa müddətdə səs-küylü şəkildə mübahisə edib və Mane komanda yoldaşının üzünə yumruq vurub.

Sanenin mübahisə zamanı ona dediklərini bəyənməyən Maneni komanda yoldaşları güclə sakitləşdiriblər.

Qeyd edək ki, komandalar arasında Münhendəki cavab oyunu aprelin 19-da baş tutacaq.