Almaniya “BundesLiqa”sının 21-ci turunda lider “Bavariya” evində “Leypsiq”i qəbul edib.
Qarşılaşmanın hər iki hissəsində azarkeşlər maraqlı mübarizənin şahidi olublar.
Artıq 12-ci dəqiqədə T.Müller “Bavariyan”ı hesabda önə çıxarıb. 27-ci dəqiqədə A.Silva hesabı bərabərləşdirsə də, ev sahiblərinin əsas qol silahı R.Levandovski 44-cü dəqiqədə komandasını yenidən önə çıxarıb.
İkinci hissənin əvvəlində qonaqlar C.Nkunkunun qolu ilə yenidən mübarizəyə bərabərlik gətiriblər. Lakin cəmi beş dəqiqə sonra J.Qvardiolun avtoqolu yenidən qonaqların hesabda geriyə düşməsinə səbəb olub – 3:2.
Qarşılaşmanın sonrakı dəqiqələrində hesab dəyişməyib və “Bavariya” bu mövsüm çempionatdakı 17-ci qələbəsini qazanaraq 52 xalla liderliyini davam etdirib.
“Leypsiq” isə 31 xalla yeddinci pillədə qərarlaşıb.