Ölkə

Baxımsız vəziyyətdə olan Heydər Əliyev Mərkəzi – FOTOLAR

Baxımsız vəziyyətdə olan Heydər Əliyev Mərkəzi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayon Heydər Əliyev Mərkəzi baxımsız vəziyyətdədir.

Rayon sakinlərinin 7times.az-a verdiyi məlumata görə, mərkəzin sol divarında çatlar əmələ gəlib, üz örtüyü tamamilə sıradan çıxıb. Bu barədə Siyəzən rayon İcra Hakimiyyətinə və digər adiyyatı orqanlara məlumat verilsə də, heç bir tədbir görülməyib.

Xatırladaq ki, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin açılışı 18 iyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Siyəzən rayonuna tarixi səfəri günündə olmuşdur.

7times.az