Dünya

Bayden ABŞ-da fövqəladə vəziyyətin müddətini uzadıb – FOTO

Bayden ABŞ-da fövqəladə vəziyyətin müddətini uzadıb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 9-da ABŞ Prezidenti Co Bayden 2001-ci il 11 sentyabr hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.

Bu barədə Ağ Evin saytında məlumat verilib.

Müvafiq qərarın “terror təhlükəsi”nin davam etməsi ilə əlaqədar qəbul edildiyi qeyd edilir. Fövqəladə vəziyyət dövlət başçısına istənilən vaxt müraciət etmək hüququna malik olan bir sıra əlavə hüquqi səlahiyyətlər verir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror qruplaşmasının 19 terrorçusu ABŞ-da dörd sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi Vaşinqtona göndərilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill yaxınlığında qəzaya uğrayıb. Hücumların qurbanları 2977 nəfər olub. Sentyabrın 14-də – terror aktlarından üç gün sonra ABŞ-da fövqəladə vəziyyət elan edilib.