“Prezident Co Bayden bizi 20 Yanvar 2025-ci ilə qədər nüvə müharibəsinə sürükləyəcək”.
7Times.az xəbər verir ki, bunu ABŞ ordusunda xidmət etmiş keçmiş kəşfiyyatçı Skott Ritter “X” hesabından etdiyi paylaşımda bildirib.
O, Baydeni Ukraynadakı münaqişəni şiddətləndirmək və ABŞ-ni Rusiya ilə nüvə müharibəsinə sövq etməkdə ittiham edib.
“Kamala Harris bizi bir il ərzində Rusiya ilə nüvə müharibəsinə sürükləyəcəkdi. Co isə bunu 2025-ci il yanvarın 20-dən əvvəl edəcək”, – deyə Ritter bildirib.
O, vurğulayıb ki, Amerika xalqı noyabrın 5-də keçirilən prezident seçkiləri zamanı müharibədən qaçmaq arzusunu açıq şəkildə ifadə etsə də, hazırkı administrasiya ictimaiyyətin iradəsinə məhəl qoymayaraq, Ukraynada münaqişəni gərginləşdirməkdə davam edir.
“AzPolitika.info”
Follow @7timesaz