ABŞ prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verən “Fox News”in müxbirini söyüb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Ağ Evdə dövlət başçısının iqtisadi müşavirləri ilə görüşü zamanı baş verib.
Görüşdən əvvəl jurnalistlər Baydenə Ukraynadakı vəziyyətlə bağlı sual verməyə başlayıblar. Prezident gileylənib ki, ona ölkədəki qiymətlərin endirilməsi ilə bağlı deyil, niyə məhz Rusiya və Ukrayna ilə bağlı suallar ünvanlanır.
Həmin vaxt “Fox News”un müxbiri Piter Duss ABŞ prezidentindən soruşub: “İnflyasiya ilə bağlı sualları cavablandırarsınızmı? Sizcə, aralıq seçkilərdə (bu ilin sonunda keçiriləcək Konqres seçkilərində-red) inflyasiya siyasi öhdəlikdirmi?”.
Daha sonra jurnalistlər məsləhətləşmə üçün binadan çıxarılıb. Bu zaman mikrofonun qapalı olduğunu düşünən Bayden jurnalistə söyüş söyüb və onu təhqid edib.
Ağ Ev hələlik insidentlə bağlı şərh verməyib. Telekanalın məlumatına görə, Bayden vəziyyəti həll etmək üçün şəxsən Dussiyə zəng edib.
Məlumata görə, “Fox News”da mühafizəkarlar arasında məşhur olan Piter Duss tez-tez demokrat prezidentə və onun sözçüsü Cen Psakiyə kəskin suallar verir.
Qeyd edək ki, ABŞ-da inflyasiya 2021-ci ildə 40 illik rekord həddə çatıb.