ABŞ Prezidenti Cozef Bayden fevralın 20-22-də Polşada səfərdə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb
Bildirilib ki, Bayden səfər çərçivəsində, “Buxarest doqquzluğu” ölkələrinin rəhbərləri ilə bir araya gələcək, eləcə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü münasibətilə çıxış edəcək.
Qeyd edilib ki, Ağ Ev rəhbəri polşalı həmkarı Anjey Duda ilə görüşəcək və görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin Ukraynanın dəstəklənməsi və NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində kollektiv səylər müzakirə ediləcək.