Aktual

Bayden Rusiyaya NATO-ya hücumla bağlı xəbərdarlıq edib: “Müharibə barədə düşünməyin”

Bayden Rusiyaya NATO-ya hücumla bağlı xəbərdarlıq edib: “Müharibə barədə düşünməyin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

ABŞ rəhbəri vurğulayıb ki, Alyans buna vahid cavab verəcək.

Bu barədə RBC-Ukrayna Amerika liderinin Varşavadakı çıxışına istinadən xəbər verir.

“NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik”, – ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, NATO nizamnaməsi alyansın bir ölkəsinə hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Nizamnamənin 5-ci maddəsində deyilir ki, bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar.