Dünya

“Bayden seçkiyə az qalmış “bombanı partladacaq”” – “FTB Trampın əlindən zəncir çeynəyir”

“Bayden seçkiyə az qalmış “bombanı partladacaq”” – “FTB Trampın əlindən zəncir çeynəyir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Senatında ən böyük Tramp (ABŞ-ın eks-prezidenti Donald Tramp -red.) tərəfdarlarından biri hesab olunan Senator Lindsi Qrem bəyan edib ki, Tramp həbs olunsa, ölkədə qarşıdurma yaranacaq. Senator Qrem faktiki olaraq bu açıqlama ilə hər kəsi hədələyib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə xarici siyasət üzrə ekspert Kamran Cəfərov bildirib.

O xatırladır ki, Tramp bir neçə xüsusi xidmət orqanlarına məxsus sənədləri oğurlayaraq başqa ölkələrə ötürüb.

“Mərkəzi Kəşfiyyat İdarəsi başda olmaqla xüsusi xidmət orqanları və FTB Trampın əlindən zəncir çeynəyərək onun həbsini arzulayır”, – təhlilçi əlavə edib.

K.Cəfərov deyir ki, bundan əlavə “Trump Organization” şirkəti vergilərdən yayınmaqda ittiham olunur: “Bu işlə bağlı Tramp Nyu-York prokurluğuna dəvət olunmuşdu. Maraqlı məqam ondan ibarətdir ki, “Trump Organization” şirkətinin maliyyə direktoru Allen Vaysselberq günahını etiraf etməyə və Prokurorluqla əməkdaşlığa getməyə razılaşıb. Vaysselberq Tramp barədə bir çox maraqlı məqamları açıqlayacaq”.

Təhliçi vurğulayır ki, Prezident Cozef Bayden əldə olunan bütün məlumatlara 26 oktyabra qədər “tam məxfi” məxfilik dərəcəsini qoyur.

“26 oktyabrda isə seçkilərə 12 gün qalmış bütün məlumatlar, bütün media platformalarda açıqlanacaq. Seçkilər qabağı bu ciddi nəticələrə gətirib çıxaracaq”, – o bildirib.

K.Cəfərovun sözlərinə görə, Kapitoliya hücuma görə yaradılmış “6 yanvar komitəsi” də, Baş prokuror Merrik Garlan da Trampa qarşı ittihamların irəli sürülməsini tələb edir: “Hüquqi müstəvidə Baş Prokuror Merrik Garland Trampa qarşı ittihamlar irəli sürsə, Trampın azadlıqda qalmaq ehtimalı 0%-ə bərabər olacaq. Amma siyasi faktoru unutmayaq və bu gün sıravi respublikaçılar arasında Trampın 55-60% dəstəyi var. Bu məsələdə vacib olan nəticə deyil, yəni Trampın həbsi deyil. Bu prosesdə vacib olan Trampın dəstəyini azaltmaq, reytinqini öldürmək, təsir gücündən məhrum etməkdir. Bunu da edirlər. Bu günə kimi heç bir ABŞ prezidenti FTB və MKİ ilə qarşıdurmadan qalib çıxmayıb”.