ABŞ Prezidenti Co Bayden NATO-nun Baş katibi Yens Stoltenberqin münaqişə bitdikdən sonra Ukraynanın alyansa qəbulunu asanlaşdırmaq planını dəstəkləyib.
“AzPolitika.info” xəbər verir ki, bunu “The Washington Post” qəzeti özəl mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Stoltenberqin fikrincə, Ukrayna NATO-ya üzv olmaq istiqamətində kifayət qədər irəliləyiş əldə edib və addım-addım üzvlük fəaliyyət planını tamamlamağa ehtiyac yoxdur. Qeyd edək ki, Alyansa üzvlük planı uzunmüddətli prosesdir və Şərqi Avropa ölkələri onu bir neçə ilə keçiblər.
ABŞ nümayəndələrinin fikrincə, bu təklif Ukraynanın üzvlüyünün Qərblə Rusiya arasında qarşıdurmanı artıra biləcəyindən ehtiyat edən NATO ölkələrinin üstünlük verdiyi plandan kənara çıxır.
Nəşrin mənbələrindən biri deyib ki, Bayden administrasiyası NATO daxilində birliyi qoruyacaq həll yolu axtarırdı və Baş katibin fikri ilə razılaşdı. Bu, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını sürətləndirməyə imkan verəcək.
Follow @7timesaz