Dünya

Bayden uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün Konqresdən milyardlar istəyib

Bayden uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün Konqresdən milyardlar istəyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya mənbələrindən asılılığı azaltmaq üçün uranın zənginləşdirilməsi imkanlarını genişləndirmək üçün Konqresdən 2,2 milyard dollar istəyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

Səlahiyyətlilər 2024-cü maliyyə ili üçün (1 oktyabrdan başlayaraq) ABŞ qanunvericilərindən Amerikanın təhlükəsizliyini və enerji müstəqilliyini təmin etmək üçün 6 milyard dollar ayırmağı hiş ediblər.

Bu məbləğin 2,2 milyard dolları aşağı zənginləşdirilmiş uran üçün Enerji Departamentinə yönəldiləcək. Uran ölkədə yaradılan kiçik modul nüvə reaktorları üçün lazımdır.

Ağ Evin məlumatında deyilir: “Bu, milli təhlükəsizlik prioritetidir, çünki Rusiyanın uran mənbələrindən asılılıq ABŞ iqtisadiyyatı və mülki nüvə sənayesi üçün risk yaradır, xüsusən də Rusiya-Ukrayna münaqişəsi fonunda.

Əgər tədbir görülməsə, Rusiya qlobal uran bazarına nəzarəti davam etdirəcək və bu, ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına zərər verəcək. Bu təşəbbüsün uğurla həyata keçirilməsi üçün həmçinin Rusiya Federasiyasından zənginləşdirilmiş uranın ABŞ-a idxalına uzunmüddətli qadağa tətbiq etmək lazımdır”.