Amerikalı seçicilərin böyük əksəriyyəti ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir.
7Times.az xəbər verir ki, bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib.
Maraqlıdır ki, eyni sayda (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Follow @7timesaz