Dünya

Baydendən Türkiyə və Macarıstana ÇAĞIRIŞ

Baydendən Türkiyə və Macarıstana ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Finlandiyanın NATO üzvlüyünü alqışlayır və İsveçin ən qısa zamanda alyansa qoşulmasını səbirsizliklə gözləyir.

7Times.az  xəbər verir ki, bu barədə aprelin 4-də Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

“Bu gün mən qürurla Finlandiyanı NATO-nun 31-ci müttəfiqi kimi alqışlayıram. 2022-ci ilin mayında Finlandiya və İsveç üzvlük üçün müraciət etdi. Bir ildən az müddətdə biz Finlandiyanı NATO-ya üzv qəbul edirik, bu, müasir tarixdə ən sürətli ratifikasiya prosesidir”, – Amerika lideri bildirib.

“Mən Türkiyə və Macarıstanı İsveçlə bağlı ratifikasiya prosesini gecikdirmədən başa çatdırmağa çağırıram”, – Bayden deyib.