ABŞ Prezidenti Co Bayden 418 gün məzuniyyətdə olubmuş.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Milli Komitəsinin Məzuniyyət Trekeri məlumat yayıb.
Bildirilib ki, bu da prezidentlik müddətinin 39%-ni əhatə edir. Məlum olub ki, Bayden Yeni il ərəfəsində ailəsi ilə Vircin adalarında istirahət edir. Onun yanvarın 3-də Vaşinqtona qayıdacağı nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-də Milad bayramı dekabrın 25-də qeyd olunur. Bayden ötən Yeni ili də Santa-Krusda qarşılamışdı.
Follow @7timesaz