İdman

“Bayern Münhen” Noyeri onunla əvəzləmək istəyir

“Bayern Münhen” Noyeri onunla əvəzləmək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern Münhen” rəhbərliyi 37 yaşlı qapıçı Manuel Noyer karyerasını bitirəndən sonra onun yerini tuta biləcək qolkiperlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı “Sky Sport Germany” yayıb.

Xəbərə görə, Almaniya nəhənginin idarəçiləri “Milan”ın “çərçivə” qoruyucusu 28 yaşlı Mik Menyanı Noyeri əvəzləməyə ən layiqli namizəd sayırlar. Mənbə siyahıda daha iki qapıçının adının olduğunu da diqqətə çatdırıb. Bunlar Qreqor Kobel (Dortmund “Borussiya”sı) və Aleksandr Nobeldir (“Ştutqart”).

Xatırladaq ki, “Bayern” noyabrın 28-də Noyerlə müqavilə yeniləyib. Təcrübəli əlcək sahibi müddəti 2025-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.