İdman

“Bayern” “Napoli”nin futbolçusu ilə razılığa gəldi – 50 milyonluq tranfser

“Bayern” “Napoli”nin futbolçusu ilə razılığa gəldi – 50 milyonluq tranfserbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern Münhen” son İtaliya çempionu “Napoli”nin futbolçusu ilə müqavilə bağlamaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, bu, Cənubi Koreya millisinin müdafiəçisi Kim Min Cedir. Almaniya nəhənginin 27 yaşlı oyunçu ilə 5 illik anlaşma imzalayacağı bildirilib. Transferin münhenlilərə 50 milyon avroya başa gələcəyi vurğulanıb.

Qeyd edək ki, sözügedən futbolçu “Napo”liyə 2022-ci ilin yayında Türkiyənin “Fənərbağça” klubundan transfer olunub.