Aktual

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda – Fotolar

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq.

7times.az-ın verdiyi xəbərə görə, son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesinin diqqətini çəkən “Bayraktar TB2”-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək. Yeni görünüşü dizayn edən isə Ömər Erkmendir.

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-də başladılan əks-hücum hərbi əməliyyatları zamanı Türkiyə istehsalı olan silahlı və silahsız PUA-lardan geniş istifadə edir. Bu hərbi-taktiki əməliyyatlar dünyanın lider ölkələrinin də diqqətini çəkib.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır.