Ölkə

BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.

Universitetdən 7times.az-a verilən məlumata görə, 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 75 yaşında dünyasını dəyişən Aşur Əliyev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!