Belarus hökuməti ABŞ, Aİ ölkələri və bir sıra digər dövlətlərin daxil olduğu qeyri-dost ölkələrin siyahısını təsdiqləyib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə milli hüquqi internet portalında müvafiq fərman dərc olunub.
Bu siyahıya Aİ ölkələri, Avstraliya, Albaniya, Böyük Britaniya, İslandiya, Kanada, Lixtenşteyn, Yeni Zelandiya, Norveç, Şimali Makedoniya, ABŞ, Monteneqro və İsveçrə daxildir.
Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minib.