Dünya

Belarus Ukraynaya nota verdi – Vəziyyət hər dəqiqə gərginləşir

Belarus Ukraynaya nota verdi – Vəziyyət hər dəqiqə gərginləşirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus hökuməti Dnepr şəhərində ölkənin dövlət bayrağının əvəzlənməsi ilə bağlı rəsmi Kiyevə etiraz notası verib.

Sfera.az xəbər verir ki, Belarusun Ukraynadakı səfirliyinin saytında yerləşdirilən məlumatda Dnepr meriyasından səfirin faktla bağlı müraciətinə cavab verilmədiyi üçün Ukrayna Xarici İşlər Nazirliyinə nota göndərilib.
“Bu insident suveren Belarus xalqına qarşı qeyri-dost münasibətin kinli təzahürü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır.
Dövlət bayrağının qoyulduğu yerə qaytarılmasını, rəsmi üzr istənilməsini və xarici dövlətin rəsmi rəmzlərinin təhqir olunması ilə bağlı araşdırma aparılmasını tələb edirik”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, fevralın 9-da Dnepr şəhərinin meri Boris Filatovun göstərişi ilə meriyanın qarşısındakı bayraq dirəyində asılmış Belarus bayrağı Belarusdakı etirazların simvollarından biri olan ağ-qırmızı-ağ rəngli kətanla əvəz edilib.
Bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna haqqında dediyi “manipulyasiya xarakterli bəyanatlar, təhdidlər və cəfəngiyatlardan” sonra edilib.