Belçika Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olan şəxsləri İranı tərk etməyə çağırıb.
“Report”un xəbərinə görə, nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, İranda olan Belçika vətəndaşları həbs və əsassız mühakimə edilmə riski ilə üzləşəcəklər.
“Bu risk hətta İranda turizm məqsədi ilə səfərdə olan insanlara da şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqlarının qorunacağına təminat yoxdur”, – XİN-dən qeyd olunub.
Follow @7timesaz