Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik Polşa Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Marçin Pşidaçın “Ukrayna dəstəyə görə Polşaya daha çox minnətdarlıq etməlidir” açıqlmasından sonra bu ölkənin Kiyevdəki səfirinin Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmasına sərt reaksiya verib.
“AzPolitika.info” xəbər verir ki, Arkadiuş Mularçik Varşava rəhbərliyinin Ukraynaya kömək etməkdən heç vaxt çəkinmədiyini bildirib.
“Təəssüf ki, bu gün Kiyevdə bəzi insanlar bunu unudurlar. Belə səhvlərə yol verilməməlidir. Polşa Ukraynaya kömək etməkdən çəkinmədi, digərləri isə Ukraynanın dağılmasını gözlədi. Rusiyanın Ukraynaya hücum etdiyi ilk gün Kiyevdə qalan Polşa səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmamalı idi”,-deyə o, bildirib.
Follow @7timesaz