Türkiyəli məşhur müğənni Ajda Pekkan Çeşmə Amfiteatrında konsert verib.
7Times.az xəbər verir ki, 76 yaşı olmasına baxmayaraq, konsertlərinə ara verməyən, fəaliyyətinə eyni templə davam edən super ulduz Ajda Pekkan Çeşmə və Alaçatı şəhərlərinin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Çeşmə Bələdiyyəsinin təşkil etdiyi konsertdə səhnəyə çıxıb.
Tədbir üçün səhnəyə çıxan Çeşmə Bələdiyyə Başçısı M.Əkrəm Oran tamaşaçılara və Çeşmə xalqına müraciət edib. Sədr daha sonra super ulduz Ajda Pekkan ilə səhnədə xatirə şəkli çəkdirib. Bələdiyyə sədri daha sonra sosial media hesabında çəkilmiş xatirə şəklini yayımlayıb. Məşhur müğənni konsertdəki filtrsiz fotosu super ulduzun izləyicilərini heyrətə gətirib.
Selfieni görən hər kəsin diqqəti Ajda Pekkanın üzünə yönəlib.
Yazılan rəylər arasında müğənninin Instagram paylaşımlarında fotolarına filtr tətbiq etdiyi, konsertlərinə özü ilə özəl fotoqraf apardığını yazan pərəstişkarlar fotonun filtrsiz çəkildiyinə təəccüblərini gizlətməyiblər.
Xatırladaq ki, daim gözəllik qayğısına qalan Ajda Pekkan çoxlu sayda plastik əməliyyat etdirməsi ilə məşhurdur.