“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem karyerasının Madrid mərhələsinə uğurlu başlayıb.
Fanat.Az xəbər verir ki, şənbə günü “Almeriya” ilə matçda (3:1) iki qol vurub bir məhsuldar ötürmə edən, bir həftə əvvəl isə “Atletik”in (2:0) qapısını yol tapan 20 yaşlı futbolçu La Liqanın tarixinə düşüb.
“Opta”nın məlumatına görə, Bellingem 21-ci əsrin əvvəlindən bəri La Liqanın iki açılış matçında dörd qolda birbaşa iştirak edən üçüncü futbolçudur. Əvvəllər buna veteran yarımmüdafiəçi Uesli Sneyder (2007-ci ildə), eləcə də Munir Əl-Hamdaui (2013) nail olub.
Cud Bellingem bu yay “Borussiya Dortmund”dan “Real Madrid”ə keçib.
Follow @7timesaz