“Benfika”nın prezidenti Ruy Koşta komandanın argentinalı yarımmüdafiəçisi Anxel Di Mariyanın maaşından danışıb.
Fanat.Az xəbər verir ki, “B24” Koştanın dediklərini belə çatdırıb:
“Anxelin maaşı maksimal əməkhaqqı limitimizi pozmur və ona hər hansı bonus ödəməmişik. Di Mariya heç nə qədər maaş alacağını da öyrənmək istəmədi. Mənə dedi ki, təklif edəcəyim məbləğdən asılı olmayaraq “Benfika”da oynamaq istəyir”.
Qeyd edək ki, bu yay “Yuventus”dan ayrılaraq azad agent qimində Lissabon təmsilçisinə qoşulan 35 yaşlı Anxel 2007-2010-cu illər aralığında da “Benfika”da top qovub.
Follow @7timesaz