İdman

“Benfika”nın sabiq futbolçusu Azərbaycanda oynaya bilər

“Benfika”nın sabiq futbolçusu Azərbaycanda oynaya bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın “Amore” klubundan ayrılan futbolçu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.

Məlumata görə, Premyer Liqa təmsilçilərindən biri 23 yaşlı müdafiəçi ilə maraqlanır. Ancaq komandanın adı açıqlanmayıb. Qvineya-Bisaudan olan oyunçuya Kipr və Portuqaliyadan da təkliflər var.

Ötən ilin yayında “Amore”yə keçən Balde daha əvvəl “Benfika”nın U-19 və əvəzedicilərdən ibarət komandasında da çıxış edib.