Cəmiyyət

Bərdədə 18 yaşlı qızı tualetdə zəncirləyən şəxs həbs edildi

Bərdədə 18 yaşlı qızı tualetdə zəncirləyən şəxs həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 18 yaşlı qızı tualetdə zəncirlə bağlayaraq saxlayan şəxs həbs edilib.

Prokurorluqdan verilən xəbərə görə, iyulun 22-də rayonun Bərdə şəhər sakini Ə.Y-nin zəncirlə bağlanması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə istintaq davam edir.