Ölkə

Bərdədə 19 yaşlı qız zorla qaçırılıb – VİDEO

Bərdədə 19 yaşlı qız zorla qaçırılıb – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdənin Mustafaağalı kəndində 19 yaşlı qız zorla qaçırılıb. Bir neçə nəfər tərəfindən qaçırılan qız daha sonra qaytarılaraq ailəsinə təhvil verilib.

7Times.az  xəbər verir ki, Cahan Seyidli dörd nəfər tərəfindən qaçırılıb. Həmçinin qızı qaçıran Mustafaağalı kənd sakini Elçin Salahov əvvəllər evli olub və onun həmin nikahdan iki övladı var.

Ailənin şikayəti əsasında hərəkətə keçən polis qızın saxlanıldığı yeri müəyyən edib.

Cahan Seyidlinin babası Azad Əsgərov qızı qaçıran Elçin Salahovla qohumluq əlaqələrinin olmasını və narazılıqların aradan qaldırıldığını desə də, digər qohumu oğlanın ziddiyyətlər yaradacaq hərəkətlər edəcəyindən narahatdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əgər qızın bir neçə nəfər tərəfindən qaçırılması faktı öz təsdiqini tapsa, iştirakçılar barədə ciddi hüqiqi tədbir görüləcək.