Ölkə

Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn olunub – VİDEO

Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn olunub – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova Qarayusifli kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, dünən erməni terroru nəticəsində Bərdədə həlak olan Cəfərova Ofeliya, Əhmədova Aybəniz, İsmayılov Ehtiram da Qarayusifli kənd qəbiristanlığında dəfn edilib

Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.