Hadisə

Bərdədə “Land Cruiser” aşdı – sürücü həlak oldu – FOTO

Bərdədə “Land Cruiser” aşdı – sürücü həlak oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

7Times.az apa-ya istinadla xəbərinə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.

09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.