Türkiyəli aktrisa Beren Saatla həmkarı Kıvanç Tatlıtuğun rol aldığı “İstanbul İçin Son Çağrı” filmindəki açıq-saçıq səhnə müzakirələrə səbəb olub.
7Times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekran işində Berenin özünü təmin etdiyi səhnə tənqidlərə məruz qalıb. İzləyicilər aktrisanıın çəkildiyi bu kadrları bəyənməyiblər.
Filmdə Serinlə Mehmetin eşq hekayəsindən bəhs edilir. Serinin Nyu York hava limanında çantası başqa bir çanta ilə qarışır.
Bu zaman onun həyat yolu Mehmetlə kəsişir. Onlar birlikdə itən çantanı axtarırlar. Cütlük Nyu Yorkda sevgi, evlilik və sədaqət üzərində qurulan bir münasibətin kəşfinə çıxır.
BAKU.WS
Follow @7timesaz