Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyasında baş verən qarışıqlıqlar zamanı 90-dan çox polis əməkdaşı xəsarət alıb.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Mayın 15-də Berlində Fələstinə 4 dəstək aksiyası keçirilib. Nümayişlərdən birində vəziyyət gərginləşib – aksiyaçılar polis əməkdaşlarına daş, butulkalar və pirotexniki vasitələr atıblar. Polis bunun qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib.
Qeyd edək ki, aksiya zamanı 59 nəfər saxlanılıb. unikal.org
Follow @7timesaz