Dünya

Beş aylıq oğlunun ölüm xəbərini ağlayaraq verdi – Video

Beş aylıq oğlunun ölüm xəbərini ağlayaraq verdi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

41 yaşlı amerikalı aktyor və aparıcı Nik Kennonun beş ay əvvəl dünyaya gələn oğlu Zen beyin şişindən dünyasını dəyişib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu o, aparıcısı olduğu “The Nick Cannon Show” adlı verilişdə göz yaşları içində açıqlayıb.

“Sahildə yüyürüş etdik, bir neçə saat sonra da son nəfəsini verdi”, – Kennon deyib.

O, Zenin anası – model sevgilisi Alissa Skottun bu qorxunc faciədə də çox güclü qala bildiyini əlavə edib: “Zenin anası Alissa gördüyüm ən güclü qadındır. Heç mübahisə etmədi, hirslənmədi. Ən yaxşı ana idi və ən yaxşı ana olmağa davam edəcək”.

Qeyd edək ki, Kennon yeddi dəfə ata olub. Onun Marokkan və Monro adlı övladları amerikalı müğənni Meraya Keridən dünyaya gəlib. Müğənnidən ayrılan aktyor bir müddət tək qalıb. 2017-ci ildə model Brittani Bellə münasibətə başlayıb. Kennonun ondan iki övladı dünyaya gəlib. Bu il iyunun 14-də aktyorun Ebbi De La Rosadan əkizləri həyata göz açıb. İyunun 23-də isə Kennon və model Alissa Skottun Zen adlı oğlu dünyaya gəlib.