500-dən çox miqrant Belarus-Polşa sərhədində “Bruzgi” keçid məntəqəsi yaxınlığında yerləşən düşərgəni tərk edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Belarus sərhədçiləri 70-100 nəfərdən ibarət qruplar şəklində miqrantları sərhəd xəttindən təxminən yarım kilometr aralıda yerləşən “Bruzgi” nəqliyyat-logistika mərkəzinin binasına qədər müşayiət ediblər.
Qeyd edək ki, son günlər Polşa və Belarus sərhədində vəziyyət kəskin xarakter alıb. Avropa ölkələri bu miqrant böhranına görə Belarus tərəfini günahlandırırlar. Belarus isə öz növbəsində, miqrant axınının güclənməsində hər hansı rol oynadığını təkzib edir.
Hazırda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi müzakirə edir.