Dünya

Bəşəriyyət böyük TƏHLÜKƏNİN ASTANASINDA: “Yaxın aylarda…”

Bəşəriyyət böyük TƏHLÜKƏNİN ASTANASINDA: “Yaxın aylarda…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, qarşıdakı aylarda Rusiya- Ukrayna arasındakı savaş daha da şiddətlənəcək. Onun sözlərinə görə, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir. Digər tərəfdən, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. Xüsusilə Qərb ekspertlərinin fikrincə, bu, Moskvanın blefidir və heç də işğalçının xoş niyyətininin təzahürü deyil. Ukrayna isə Rusiyaya cavab olaraq bildirmişdi ki, danışıqlardan söhbət gedə bilməz.

 

Proseslər necə davam edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya atəşkəs qərarı ilə beynəlxalq ictimai rəydə guya sülh istədiyinə dair rəy yaratmaq və Ukraynanı ittiham etmək istəyir:

 

“Ola bilsin, Rusiya Qərb analitiklərinin iddia etdiyi kimi silahlanmaq və qruplaşmaq üçün əməliyyat fasilə verib. Proseslər Ukrayna kəşfiyyatının Rusiyanın silah tədarükünün tükəndiyinə dair iddialarının gerçək olduğunu göstərir. Məsələ ondan ibarətdir ki, kütləvi raket hücumları Rusiyanın silah arsenalını sürətli zəiflədir. Ukraynadan fərqli olaraq isə Rusiyaya hərbi yardım göstərən dövlət, demək olar, yoxdur. Əlbəttə, İranın verdiyi “Şahed” PUA-ları da həlledici deyil. Artıq Ukraynanın silah arsenalında olan “Patriot”lar, “HİMARS”lar daha effektivdir. Rusiyanın silah tədarükünün azalması və Ukraynaya hərbi dəstəyin artması fonunda Moskva getdikcə “dalana dirənir”. Bu isə Rusiyanın nüvə silahından istifadə ehtimalını getdikcə artırır. Qərbin son addımları birbaşa olaraq Rusiyanı təhrik etməyə, bu dövləti nüvə silahından istifadəyə sövq etməyə hesablanıb. Məqsəd isə adekvat cavabdır. ABŞ və müttəfiqləri bunu istəməsə idi, “Moskvanın damarına bu qədər basmazdılar””.

Müsahibimiz qeyd edib ki, yaxın aylarda müharibənin daha da şiddətlənməsi mümkündür:

 

“Türkiyənin vasitəçilik təşəbbüslərinin də bundan sonra davam edəcəyi istisnasızdır. Çünki həm Moskva, həm də Kiyevlə münasibətlər Ankara üçün vacibdir. Həmçinin perspektivdə müharibəyə son qoyulması Türkiyə Prezidenti Ərdoğanın və hakim AK parti iqtidarının nüfuzunu daha da artıracaq. Amma etiraf etmək lazımdır ki, Ankaranın işi hər ötən gün daha da çətinləşir. Savaşın nəinki Türkiyənin vasitəçiliyi nəticəsində bitməsi ümumiyyətlə, müharibəyə son qoyulması ehtimalı getdikcə azalır. Beləliklə, Şərqi Avropadakı müharibə fonunda dünya dövlətlərini çətin günlər, bəşəriyyəti ciddi sınaq gözləyir”.