İdman

“Beşiktaş” “Real”ın sabiq ulduzunu transfer edir!

“Beşiktaş” “Real”ın sabiq ulduzunu transfer edir!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş” “Real Madrid”in sabiq futbolçusu Xames Rodriqeslə anlaşmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. “Botafoqo” klubunun yaxından maraqlandığı 31 yaşlı yarımmüdafiəçi karyerasını “qartallar”da davam etdirə bilər. “Beşiktaş” Xamesə təklif irəli sürüb və futbolçu bunu dəyərləndirməyi düşünür.

Rodriqesin adı daha öncə “Qalatasaray” və “Fənərbağça” ilə hallanırdı.

Son dəfə “Olimpiakos”un formasını geyinən Xames Rodriqesin transfer dəyəri 9 milyon avro civarıdadır. Hazırda azad agent olan kolumbiyalı ulduz “Real Madrid”, “Portu”, “Monako”, “Bayern” (Münhen), “Everton” kimi klublarda çıxış edib. O, karyerası ərzində 453 matça çıxıb, 120 qol və 147 assistə imza atıb.