Braziliyalı biznesmen nişanlanması münasibəti ilə sevgilisini öpdükdən beş dəqiqə sonra ölüb.
7times.az xəbər verir ki, bu barədə “G1” xəbər yayıb.
Bildirilir ki, cütlük mərasimi San-Pauluda açıq havada keçirmək qərarına gəlib. Tezliklə evlənəcəklərini elan etdikən sonra 24 yaşlı Joao Gilyerme Torres Fadini dostları ilə çayda üzmək yarışı keçirmək qərarına gəlib və suya tullanıb.
Az sonra bəy suyun altında itib.
Dostları və gəlin kişini müstəqil şəkildə tapa bilmədikləri üçün xilasediciləri çağırıbar.
Saat yarımdan sonra Fadininin meyiti tapılıb.
Oxu.az
Follow @7timesaz