“Real”ın futbolçusu Qaret Beyl bu mövsümün sonunda karyerasını başa vura bilər.
Qol.az “The Athletic”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 32 yaşlı oyunçu ilə bu ilin yayında başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. Beylin karyera qərarı Uels millisindən asılıdır. Əgər komanda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazansa, Beyl turnirə hazırlaşmaq üçün özünə yeni klub axtaracaq. Əks halda, oyunçu karyerasını başa vura bilər. Onun artıq özünü maddi cəhətdən təmin etdiyi də vurğulanıb.DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Uels Avstriya ilə qarşılaşacaq. Komanda qalib gəlsə, Şotlandiya – Ukrayna cütlüyünün qalibi ilə üz-üzə gələcək.
Follow @7timesaz