Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.
7times.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Follow @7timesaz